Azərbaycan Texnologiya Universitetində (ATU) Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş “Xocalım gözləyir bizi” adlı soyqırım qurbanlarını anım mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə kollektivi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət ediblər.
Akt zalında təşkil olunan anım mərasimi Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin yad edilməsilə başlayıb. Sonra tələbələrin hazırladığı “25 il Xocalısız” adlı videoçarx nümayiş etdirilib.
Anım mərasimində çıxış edən Tədris şöbəsinin müdiri Piri Axundov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayın köməyi ilə törətdiyi Xocalı soyqırımı və ermənilərin digər qanlı cinayətləri yaddaşlarımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalıda bircə gecədə öldürülmüş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahılın olması bunun sübutudur.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva da Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. O, qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb.
Gəncədəki M.C. Paşayev adına 39 nömrəli məktəbin müəllimi, Yazıçılar Birliyinin üzvü Aybəniz Kürəkçaylı çıxışında Xocalı faciəsinin dəhşətlərini öz qələmindən çıxan poeziya nümunələri ilə tərənnüm edib. Sonra ATU-nun tələbələri tərəfindən hazırlanmış Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və 25 il əvvəlin 26 fevral gecəsini əks etdirən səhnəcik nümyiş etdirilib.
Xocalı sakini, hazırda Gəncədə məskunlaşan Dövlət İmtahan Mərkəzinin Gəncə bölməsinin sədri Nəsimi Məmmədov şəxsən şahidi olduğu Xocalı dəhşətlərindən danışıb. O, bildirib ki, tək xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

ATU-nun Mətbuat Xidməti