Sumqayıtda “Ritm bir dünyadır”

Sumqayıtda “Ritm bir dünyadır” Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Ritm bir dünyadır” adlı ritm müsabiqəsinin II turu keçirilib.
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş müsabiqədə Q.Qarayev və F.Əmirov adına Uşaq Musiqi Məktəbləri, Bülbül və S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbləri, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, “28 May” Diyarşünaslıq evi və “Dostluq” Mədəniyyət evindən II tura vəsiqə qazanmış 21 nəfər nağara ifaçısı iştirak edib.
Müsabiqə iştirakçıları Azərbaycan ritmlərindən ibarət kompozisiya ilə çıxış ediblər.
“Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov, ustad nağara ifaçıları Eyvaz Rzayev, Azər Vahidi və Vaqif Əliyevdən ibarət münsiflər heyəti onların ifalarını qiymətləndiriblər.
Sonda münsiflər heyətinin üzvləri çıxış edərək müsabiqə iştirakçılarına təşəkkürünü bildirib, ritmin dərinliklərinə yiyələnmək, uğurlu nailiyyətlər əldə etmək üçün daha həvəs və səylə çalışmağı tövsiyə edib, gləcəkdə daha yüksək və beynəlxalq səviyyəli müsabiqələrə qatılmalarını arzulayıblar.
Qeyd edək ki, qaliblər yaxın günlərdə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzi tərəfindən mükafatlandırılacaqlar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtda “Ritm bir dünyadır”Sumqayıtda “Ritm bir dünyadır”Sumqayıtda “Ritm bir dünyadır”

Oxşar xəbərlər