Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində "Bir yaz axşamı” adlı tədbir keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək getdikcə gözəlləşən və abadlaşan Sumqayıtdan və bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tədbirdə Azərbaycan Respublikasının əməkdar artistləri və aktyorları Vidadi Həsənov, Fizuli Hüseynov, İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, Səməd Hətəmov, gənc aktyorlar Etibar İbadullayev və Amid Qasımov, bədii qiraətçi İlham Hüseynov, gənc şair Elvin Əlizadə və Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Fidan Babayeva, Gülnarə Novruzova Nəbi Xəzri, Musa Yaqub, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Əşrəf Veysəlli və s. kimi ustad şairlərin yaradıcılığından şeirlər səsləndiriblər.
Əməkdar artist Təhmiraz Şirinov və Rəhilə Quliyevanın ifasında musiqi nümunələri tədbirə xüsusi ovqat qatıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıtda "Bir yaz axşamı” adlı tədbir keçirilib

Oxşar xəbərlər