Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin uğuru

Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin uğuru Oktyabr ayında online şəkildə “III Caspi Art Uluslararası Sanat Yarışması” adlı Beynəlxalq Müsabiqə keçirilib.
Azərbaycan, Rusiya, Ukrayna, Belarusiya, Türkiyə, Qazaxıstan, Portuqaliya və digər ölkələrin iştirakçıları ilə yanaşı Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə III sinif şagirdi Mənsumzadə Fatimə Mayılxan qızı və I sinif şagirdi Ağazadə Aynaxanım Vurğun qızı da qatılıb.
Müsabiqədə Mənsumzadə Fatimənin ifa etdiyi - K.V.Qlyukun “Flaminqo”, D.Kabalevskinin “Variasiyalar” əsərləri və Ağazadə Aynaxanımın ifa etdiyi - T.Quliyevin “Seva velosipedlə” və “Lay-lay”, K.Çerninin “Etüd” əsərləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Müsabiqənin yekun nəticələrinə görə Mənsumzadə Fatimə Mayılxan qızı və Ağazadə Aynaxanım Vurğun qızı II dərəcəli diploma layiq görülüblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər