Əbülfəs Qarayev səfirləri Bakıda foruma dəvət etdi

Əbülfəs Qarayev səfirləri Bakıda foruma dəvət etdi Martın 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb.
Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib. Səfir qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Daha sonra nazir Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudairi ilə görüşüb. Tərəflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparıblar.
Nazir hər iki qonağı 2019-cu ilin mayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Tehsil-press.az



Oxşar xəbərlər