Tələbələr karyera yolunda

Tələbələr karyera yolunda Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Tələbələr Birliyi tərəfindən “Öz karyeranı qur” adlı layihə həyata keçirilib.
Layihənin açılış mərasimi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında olub. Tədbirdə Azərbaycan Tələbələr Birliyinin proqram meneceri Əzim Qasımov layihə haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, layihə çərçivəsində fevral ayında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müxtəlif təlimlər keçirilib.
Təlimlərin təşkilində əsas məqsəd tələbələrin ali təhsili bitirdikdən sonra iş tapması zamanı onlardan tələb olunan biliklərə yiyələnmələrini təmin etməkdir. Əsas hədəf tələbələrdə CV yazmaq, komandada uğurlu fəaliyyət, müsahibə zamanı düzgün davranmaq kimi qabiliyyətləri formalaşdırmaqdır. Tələbələr təlimlər zamanı nəzəri və praktik biliklərə yiyələniblər.
Qeyd edək ki, tələbələrə sözügedən sahə üzrə zəruri maarifləndirici materiallar da paylanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər