Martın 13-də Bakı Slavyan Universtetində (BSU) Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda maarifləndirici tədbir geçirilib. Tədbirdə Dövlət Təhlükəsizlik xidmətinin əməkdaşları Zəhra Quliyeva, Babək Məmmədov, Ceyhun İbrahimov, Tural Məmmədov, İdris Cəfərli, Kamran Babayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva onun mühüm bir məsələyə, dövlətimizin təhlükəsizliyinə həsr olunduğunu bildirib. O, DTX-nin 100 illik yubileyi ərəfəsində belə bir tədbirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. BSU rektoru ölkəmizin bugünkü uğurlu inkişafında, sabitliyin, əmin-amanlığın təmin olunmasında təhlükəsizlik xidməti orqanlarının böyük rolunu , onun təcrübəli əməkdaşlarının xüsusi əməyini minnətdarlıqla qeyd edib. O, dövlət təhlükəsizlik orqanlarının gənclərlə yüksək münasibətinin formalaşmasının ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, ölkə Prezidenti İlham Əliyevin gənclərə qayğısının bariz nümunəsi olduğunu bildirib. N.Əliyeva dövlət başçısının gənclərlə bağlı son vaxtlar verdiyi sərəncam və fərmanların gənclərin həyat şəraitində və məişətində ciddi dəyişiklərə səbəb olmağa başladığını deyib. BSU rektoru qeyd edib ki, Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisini gözü götürməyən bədxah qüvvələr öz çirkin niyyətlərini həyata keçirmək məqsədilə bu gün gənclərdən istifadə etməyə, onları öz planları üçün vasitəyə çevirməyə çalışırlar. Buna görə də rektor tələbə gəncləri ayıq-sayıq olmağa, dövlətçiliyin keşiyində mətanətlə dayanmağa çağırıb. O, Azərbaycanın güclü orduya malik olduğunu, istənilən anda hücuma keçib torpaqlarımızı azad etmək gücündə və qüdrətində olduğunu diqqətə çatdırıb. N.Əliyeva 2016-cı ildə baş tutan Aprel döyüşlərində belə bir şücaət və qəhrəmanlığa şahidi olduğumuzu, qısa müddət ərzində əsgərlərimizin erməni qəsbkarlarını necə vahiməyə saldıqlarını gənclərə xatırladıb. Rektor Azərbaycanın dövlət rəhbərliyinin Qarabağ problemini sülh yolu ilə, beynəlxalq ictimaiyyətin təsiri ilə həll etmək niyyətində olduğunu gənclərin diqqətinə çatdırıb. Nurlana Əliyeva bu gün gənclərimizin qarşısında duran əsas məsələnin yüksək savada yiyələnmək, xarici dilləri mükəmməl öyrənmək olduğunu bildirib.
Sonra söz DTX-nin nümayəndəsi Tural Məmmədova verilib. T.Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda geniş məruzə ilə çıxış edib. O, xüsusi xidmət orqanlarının tarixindən, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında 25 illik fəaliyyətindən söz açıb. DTX tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərindən, o cümlədən bu tədbirlərdə sivil vətəndaşların rolundan danışıb. T.Məmmədov çıxışında həmçinin xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları anlayışı, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlıq mövzularına da toxunub.
Tədbirin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti