ADPU-da “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir keçirilib

ADPU-da “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir keçirilib Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 100 illik yubileyi münasibətilə “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, DTX-nın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələrlər üzrə prorektor, professor Fikrət Rzayev qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün DTX-nın və ADPU-nun rəhbərliyinin təşəbbüsü ilə universitetdə maraqlı görüş keçirilir. Tələbələr yüksək səviyyəli mütəxəssis kimi yetişməklə yanaşı, həm də sağlam düşüncəyə malik olmalı, əsl vətəndaş kimi formalaşmalıdırlar. Belə görüşlər gənclərin ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslərin mahiyyətini dərindən anlamalarına və düzgün istiqamət götürmələrinə səmərəli təsir göstərir. Bu baxımdan, belə görüşlərə həmişə böyük ehtiyac var və bu tip tədbirlərin davamlı keçirilməsi məqsədəuyğundur.
DTX-nın əməkdaşı Fəxrəddin Quliyev tədbirin təşkil olunmasına görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, müəllim və tələbələrə uğurlar arzulayıb. Qeyd edib ki, daxil olan əməliyyat məlumatlarının təhlili göstərir ki, xarici xüsusi xidmət orqanları, terrorçu təşkilatlar öz təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətlərinin həyata keçirilməsində gənclərdən daha çox istifadə etməyə çalışırlar. DTX-nın əməkdaşlarının ali təhsil müəssisələrində tələbə-gənclərlə keçirdikləri görüşlər profilaktik xarakter daşıyır və maarifləndirmək məqsədinə xidmət edir. Xalqımızın milli maraqlarının və milli təhlükəsizliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edən məsələdir.
Maraqlı və məzmunlu çıxışında F.Quliyev vurğulayıb ki, xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyev 25 il xüsusi xidmət orqanlarında xidmət edib və bu sahədə general rütbəsinə yüksələn ilk azərbaycanlıdır. Məhz ulu öndər Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarına rəhbərlik edərkən bu strukturda milliləşdirilmə prosesini həyata keçirib və gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında böyük xidmətlər göstərib. Dahi öndər Heydər Əliyev Azərbaycanın milli ruhlu, vətənpərvər ziyalılarını təhlükələrdən qoruyub, onları təqiblərdən və həbsdən xilas edib.
Ulu Öndərin müdrik siyasi kursunu inamla və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev xalqımızın ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində üzərinə mühüm vəzifələr düşən Dövlət
Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin saflığına, Vətənə, xalqa və dövlətə sədaqətinə, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına, fəaliyyətinin səmərəliliyinin artırılmasına xüsusi önəm verir. DTX-nın fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. Yüksək peşəkarlıq və intellektual səviyyə, ciddi xidmət və icra intizamı başlıca meyarlardır. Məhz buna görə hazırda DTX-nın fəaliyyəti keyfiyyətcə yeni mərhələyə daxil olub.
Tədbirdə tələbələri maraqlandıran suallar DTX-nın əməkdaşları tərəfindən cavablandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Xüsusi xidmət orqanlarının gənclər arasında fəaliyyəti, Heydər Əliyevin xüsusi xidmət orqanlarında fəaliyyəti və xüsusi xidmət orqanları” mövzusunda tədbir keçirilib

Oxşar xəbərlər