İki rayon üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib

İki rayon üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib Martın 15-də Bakıdakı 220 nömrəli məktəb-liseydə Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Səyyar qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, tədrisin təşkili, I sinfə elektron qeydiyyat prosesi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər