2019-cu ilin ilk səyyar qəbulu

2019-cu ilin ilk səyyar qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2019-cu ildə də paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu davam etdirir.
Bu ilin ilk səyyar qəbulu yanvarın 11-də paytaxtın Xəzər, Pirallahı və Sabunçu rayonları üzrə keçiriləcək. Bakıdakı 117 nömrəli tam orta məktəbdə (ünvan: Binə qəsəbəsi, Məmmədhüseynov küçəsi 23) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

BŞTİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər