
Bu qurumun rəhbərliyinin və struktur bölmə əməkdaşlarının iştirak etdikləri səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətlərinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Qəbula gələn vətəndaşlar şagird sıxlığı ilə əlaqədar əlavə tədris korpuslarının inşası, məktəblərdə tədrisin təşkili, maddi-texniki təminat, təhsil müəssisələrinin təmiri, mövcud avadanlığın yenilənməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər isə yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
BŞTİ-nin Mətbuat Xidməti
