Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək Oktyabrın 26-da Bakıdakı 214 nömrəli tam orta məktəbdə Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Səyyar qəbul saat 10.00-da başlanacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər