
Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.
Onlar yanğının söndürülməsinin gedişatı ilə maraqlanırlar.
***
Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: “İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb. Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.
Tehsil-press.az