Bakıda gənc oğlan özünü “McDonald's”ın binasından atmaq istəyib - Video

Bakıda gənc oğlan özünü “McDonald's”ın binasından atmaq istəyib - Video Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.
Gənc oğlan “Neftçilər” metrostansiyası yaxınlığında “McDonald's”ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyib.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.



Tehsil-press.az

Oxşar xəbərlər