Tbilisidə ticarət mərkəzi yanıb - Video + Yenilənib

Tbilisidə ticarət mərkəzi yanıb - Video + Yenilənib Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində ən böyük ticarət mərkəzlərindən birində yanğın hadisəsi baş verib.
Bu barədə İmedi telekanalı məlumat yayıb.
Məlumata əsasən, yanğının başvermə səbəbləri məlum deyil. Hazırda 35 yanğınsöndürmə briqadası yanğının qarşısını almağa çalışır.
Şəhərin meri Kaxa Kaladzedə hadisə yerindədir.
Dükan sahibləri mallarını xilas etməyə çalışırlar. Bundan əlavə hadisə yerinə təcili yardım və polisdə cəlb olunub.
***
Yanğın nəticəsində zərərçəkən olmayıb. Hazırda yanğının lokallaşdırıldığı bildirilir.
Hadisənin səbəbləri müəyyənləşdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər