Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 6-da TOEFL IBT imtahanı keçiriləcək.
İmtahan Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 9:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
İmtahan haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.

Tehsil-press.az



Oxşar xəbərlər