Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
Baş nazir Novruz Məmmədov Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilib.
Publik hüquqi şəxsin aylıq əməkhaqqı fondu 10080 manat məbləğində müəyyən olunub.
Tehsil-press.az
- Baxış: 4800
Xəbərin tarixi: 22.04.2019 / 10:33
-
Oxşar xəbərlər