
Hər il keçirilən bu tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən maliyyələşdirilir. Sərgidə ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları iştirak edirlər.
Məzunlar öz universitetləri haqqında danışaraq iştirakçıları məlumatlandırır və beləliklə, tələbələr Birləşmiş Ştatlarda universitet həyatı haqqında məzunların hekayələrini birbaşa dinləmək şansı əldə ediblər.
Sərgi çərçivəsində tələbələr, şagirdlər və valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunları və ABŞ-ın Azərbaycandakı səfirliyinin işçiləri ilə görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət ediblər.
ADU-nun Mətbuat Xidməti






