XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb

XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (“Education 2018”) oktyabrın 13-də başa çatıb.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə 12 ölkədən 130-dan çox iştirakçı qatılıb. Tədbirdə ayrı-ayrı ölkələri təmsil edən universitetlər haqqında ətraflı məlumat verilib, şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıqlar təqdim ediblər.
Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunub. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil - sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz-Təhsil TV” və digər stendlər təqdim edilib.
Sərgidə ölkəmizin ali təhsil müəssisələri uğurla iştirak ediblər. Tədbirdə ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Universiteti və digər ali məktəblərimiz öz stendləri ilə təmsil olunublar. “Education 2018” sərgisinin “Xaricdə təhsil” sektorunda Rusiya, Türkiyə, Gürcüstan, Latviya və digər ölkələrin təmsilçiləri öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim ediblər.
Beynəlxalq sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr təşkil olunub. Habelə “Rusiya Federasiyasında xarici vətəndaşların təhsil imkanları və üstünlükləri" və digər mövzularda seminarlar keçirilib, hər kəsə həm ixtisası, həm də təhsil müəssisəsini seçmək üçün geniş imkanlar yaradılıb.
Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənib.

XII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıbXII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıbXII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıbXII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıbXII Azərbaycan beynəlxalq təhsil sərgisi başa çatıb

Tehsil-press.az

Oxşar xəbərlər