Vaşinqtonda yerləşən Corctaun Universitetində Azərbaycan Mədəniyyəti təmsil olunub

Vaşinqtonda yerləşən Corctaun Universitetində Azərbaycan Mədəniyyəti təmsil olunub Cari ilin 17 mart tarixində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakultəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün “Mədəniyyət axşamı”adlı sərgi keçirilib.
30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələrdə iştirak ediblər.
Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizin stendi qurulub,Azərbaycan mədəniyyəti haqqında müvafiq çap materialları və suvenirlər təqdim olunub. Sərginin Novruz bayramı ərəfəsində keçirildiyini nəzərə alaraq, tələbələrər Azərbaycan milli şirniyyatlarına qonaq edilib.
Sərgidə ölkəmizi həmvətənimiz Türkan Muxtarova təmsil edib.

Tehsil-press.az

Oxşar xəbərlər