Amerikalı tələbələr Azərbaycan Dillər Universitetində türk dilini öyrənəcəklər

Amerikalı tələbələr Azərbaycan Dillər Universitetində türk dilini öyrənəcəklər Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Turkish Flagship” proqramı üzrə türk dilini öyrənəcək 5 nəfər amerikalı tələbə ilə görüş keçirildi.
ADU-nun ABŞ-ın Azərbaycandakı Konsulluğu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Turkish Flagship” proqramı çərçivəsində amerikalı tələbələr universitetdə 10 ay müddətində türk dilini, türk xalqlarının tarixini, mədəniyyətini öyrənəcəklər, həmçinin Bakının tarixi abidələrini, muzeylərini və digər görməli yerlərini ziyarət edəcəklər. Bu proqramın universitet üzrə rəhbəri ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribovadır.
“Turkish Flagship” proqramının universitet üzrə koordinatoru Ramiqə Şirəliyeva ali təhsil müəssisəsinin tarixi, strukturu, fakültələri, tədris prosesi, beynəlxalq əlaqələri haqqında tələbələrə ətraflı məlumat verdi, həmçinin proqramdan bəhs edən təqdimatla çıxış etdi.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər