UNEC-də “Qazan” layihəsi barədə informativ sessiya və startap təlimi

UNEC-də “Qazan” layihəsi barədə informativ sessiya və startap təlimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) IMIC şirkətinin layihələri barədə informativ sessiya və startap təlimi keçirilib.
Universitetin Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və ISE Startap Klubunun rəhbəri Turan Süleymanov startap fəaliyyətlərindən, tələbələrin bu istiqamətdə qazandıqları uğurlardan danışıblar.
Daha sonra IMIC şirkətinin “Qazan” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində innovativ ideyalara böyük həcmli kapital təklif edilir. Bu investisiya ilə yanaşı, ideyanın biznesə çevrilməsi üçün bir sıra icra işləri də tam dəstəklənir.
Şirkət nümayəndələri tələbələrə startap fəaliyyəti üçün tələb olunan biznes modelinin qurulması, marketinq və s. istiqamətlərdə təlim keçiblər.
Qeyd edilib ki, IMIC şirkətinin dəstəyi ilə tələbələr rəqabətli bazar mühitində daha rahat şəkildə öz biznesini yarada və ya inkişaf etdirə bilərlər.

UNEC-in Mətbuat Xidməti


UNEC-də “Qazan” layihəsi barədə informativ sessiya və startap təlimi

Oxşar xəbərlər