Azərbaycan Texniki Universitetində startap günləri ilə əlaqədar toplantı keçirilib

Azərbaycan Texniki Universitetində startap günləri ilə əlaqədar toplantı keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) aprelin 6-7-də təşkil olunacaq startap günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla toplantı keçirilib.
Tədbirdə universitetin prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, startap günləri ilə bağlı AzTU-da işçi qrupu yaradılıb. İnnovativ ideyaları olan onlarla tələbə startap günlərində iştirak üçün artıq qeydiyyatdan keçib.
“Startup Azərbaycan” layihəsinin təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz startap günlərində iştirak edəcək tələbələrə bu təşəbbüslə bağlı geniş məlumat verib. Bildirilib ki, startap günlərində əvvəlcə innovativ ideyaların yarışması təşkil olunacaq. Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Daha sonra həmin komandalar ideyalarını “biznes plan”a çevirərək münsiflər heyətinə təqdim edəcəklər.
“Startup Azərbaycan” layihəsinin təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev təcrübəsini startap günlərində iştirak edəcək tələbələrlə bölüşüb. O, həmçinin ideyaların startapa çevrilməsi, komanda formalaşdırmağın əhəmiyyəti barədə tələbələrə məlumat verib.
Sonda ekspertlər sualları cavablandırıblar.

Hüseyn Şərifov


Azərbaycan Texniki Universitetində startap günləri ilə əlaqədar toplantı keçirilib

Azərbaycan Texniki Universitetində startap günləri ilə əlaqədar toplantı keçirilib

Oxşar xəbərlər