Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb

Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyillər və inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransda beynəlxalq qurumların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərindən, dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan), ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını vurğulayıb. Rektor ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sürətli inkişaf strategiyasından danışıb. Qeyd edib ki, milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində iqtisadiyyatmızın şaxələndirilməsi ilə bağlı müəyyən olunmuş vəzifələrin uğurla yerinə yetirilməsi müvafiq yönümlərdə infrastruktur təminatının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsini nəzərdə tutur.
Konfrans plenar iclasda öz işini davam etdirib. İclasda Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Rusiya Federasiyası İdarəetmə, Biznes və Hüquq Universitetinin (Cənub Universitetinin) rektoru, professor İmran Ələkbərov geniş məruzələrlə çıxış ediblər.
Mayın 24-dək davam edəcək konfransda 6 bölmə üzrə 140-dan çox məruzə dinləniləcək.

AzMİU-nun Mətbuat Xidməti


 Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb

 Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb

 Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb

Oxşar xəbərlər