Bakıda “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakıda “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib Bilik Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, iki gün davam edəcək konfransın mayın 1-də açılış mərasimi olub. Yerli və xarici alimlər Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Konfransda ali təhsil müəssisələrindən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Fəlsəfə İnstitutundan, Türkiyə, Çin və Rusiyadan nümayəndələr iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri giriş nitqi ilə açaraq, ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salıb, ulu öndərin uğurlu siyasətindən, dövlətçiliyimizin, ölkəmizin inkişafında göstərdiyi müstəsna xidmətlərindən danışıb.
Bilik Fondunun Aparat rəhbəri professor İsaxan Vəliyev qonaqları Azərbaycanda salamlamaqdan məmnun olduğunu deyərək, mili-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinin təşviqi, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində xalqın vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği istiqamətində Fondun həyata keçirdiyi layihələrdən söz açıb. İ.Vəliyev hüquqi dövlətdə milli-mənəvi dəyərlərin qorunmasının hüquqi əsaslarından danışıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə ənənə və müasirlik anlamlarının fəlsəfi aspektlərini izah edib və Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanda hər iki məhfumun bir-birini tamamladığını deyib.
Konfransda iştirak etmək üçün Azərbyacana qonaq gələn Türkiyənin Ortadoğu Teknik Universitetinin professorları Aydıngül Ayşəgül, Ayse Ceylan Tokluoğlu, Sakarya Universitetinin professoru M.K.Şan, Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Yelena Yuryevna Qraçova, Çinli alimlər Zeng Chunxiao və Qin Huarui plenar iclasdakı çıxışlarında milli-mənəvi dəyərlərin müasirliklə əlaqələndirilməsinin vacibliyini önə çəkiblər və vurğulayıblar ki, hər bir xalqın gələcəyi öz dəyərlərinə nə dərəcədə sadiq qalması ilə bağlıdır.
Professor Y.Qraçova “Heydər Əliyev şəxsiyyəti: xatirələr” mövzusunda məruzəsində təmsil etdiyi təhsil ocağının rəhbərliyinin ulu öndərlə dostluq münasibətlərindən danışıb. Qonaq Moskva Dövlət Hüquq Universitetinin bağlanma təhlükəsi yarananda dərin zəka sahibi Heydər Əliyevin dəstək olduğunu böyük minnətdarlıq hissi ilə yada salıb.
Y.Qraçova müdrik şəxsiyyət Heydər Əliyevin Moskva Dövlət Hüquq Universitetinin fəxri professoru olduğunu xatırladıb və ulu öndərin fotolarının yer aldığı xatirə kitabını AzMİU-nun rektoruna təqdim edib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş ikicildlik monoqrafiyanı universitetin kitabxanasına hədiyyə verib.
AzMİU-nun ictimai fənlər kafedrasının müdiri, dosent Könül Əliyeva ümummilli liderin həm sovet dönəmində, həm də müstəqillik illərində gördüyü böyük işlərdən söz açıb.
Plenar iclasdan sonra beynəlxalq elmi konfrans işini Fəlsəfə, Politologiya, Sosiologiya, Tarix, Hüquq, Kulturologiya, Filologiya və Dilçilik bölmələri üzrə davam etdirib.
Mayın 2-də konfransın yekunları müzakirə edildikdən sonra xarici ölkələrdən olan alimlərin Bilik Fondunda görüşü keçiriləcək.

AzMIU-nun Mətbuat Xidməti


Bakıda “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakıda “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakıda “Milli mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Oxşar xəbərlər