
Bu fikri müsahibəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.
O bildirib ki, təhsilin inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət nəticəsində cəmiyyətdə müəllimliyə olan həvəs artıb, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin şəkildə yüksəlib. Bu, Prezidentin təhsilin inkişafına göstərdiyi qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində özünü göstərir. Həmçinin ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər ümumilikdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
“Son bir neçə gündə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” sərəncamlar təhsil müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına imkan yaradacaq”, - deyə Kamal Abdulla qeyd edib.
Tehsil-press.az