
Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Nazir müavini məlumat verib ki, bu il 2090 gənc 500-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada işə qəbul imtahanlarında iştirak üçün müraciət edən namizədlərin sayı 51 min olub. İmtahanların nəticəsinə görə, 4 min 83 nəfər daimi əsaslarla işə qəbul olunub. Təxminən 2 min müəllim müddətli müqavilə əsasında məktəblərdə işini davam etdirəcək.
Təhsil müəssisələrinin maddi-texniki bazasının və infrastrukturunun gücləndirilməsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini deyən M.Vəliyeva qeyd edib ki, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən 4 min 500 məktəbin 3 min 500-ü əsaslı şəkildə təmir olunub və yeni məktəblər tikilib.
Mətbuat Xidməti