Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov İspaniyanın Barselona şəhərində təşkil olunmuş Spektroskopik ellipsometriya sahəsində yüksək səviyyəli “8-ci beynəlxalq spektroskopik ellipsometriya” konfrasında iştirak edib. Beynəlxalq konfransda o, “Yeni Antiferromaqnit və klassik 3 D topoloji izolyatorlarda plazmaların infraqırmızı spektroskopik ellipsometriyası və optik spektroskopiyası” mövzusunda dəvətli məruzə ilə çıxış edib.
Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri