MƏKTƏBLİLƏR AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FİZİKA İNSTİTUTUNUN QONAĞI OLMUŞDUR

MƏKTƏBLİLƏR AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  FİZİKA İNSTİTUTUNUN QONAĞI OLMUŞDUR Binəqədi rayonu 246 saylı tam orta məktəbin VI, VII və VIII sinif şagirdləri fizika aylığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda qonaq olublar. Elm və təhsilin inteqrasiyası sahəsində təşkil olunan görüşdə məqsəd məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Fizika İnstitutunun alimləri bu elmi müəssisənin fəaliyyəti, İnnovasiya sektorunda quraşdırılan müasir avadanlıqlar, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklərdən şagirdlərə məlumat veriblər. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


MƏKTƏBLİLƏR AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  FİZİKA İNSTİTUTUNUN QONAĞI OLMUŞDUR

Oxşar xəbərlər