AMEA FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ AKADEMİK H.ABDULLAYEVİN YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ MÜSABİQƏ ELAN EDİR

AMEA FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ AKADEMİK H.ABDULLAYEVİN YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ MÜSABİQƏ ELAN EDİR AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin dəstəyi, Fizika- Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə uzun müddət AMEA-nın Prezidenti olmuş görkəmli elm və ictimai xadim, elmimizin inkişafında yüksək xidmətləri olmuş akademik H.M.Abdullayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar elmi müsabiqə elan olunur. Müsabiqədə FRTEB-ə daxil olan İnstitutların yaşı 35-ə qədər olan gənc alim və mütəxəssislərin iştirakı nəzərdə tutulur . Müsabiqənin şərtləri aşağıdakı kimidir:
1. Elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqaləsi çap olunan namizədlər barədə institutların elmi şuralarının qərarı
2. Namizəd haqqında təqdimat
3. Məlumat forması
Namizədlər haqqında məlumat AMEA FRTE Bölməsinə may ayının 10-a kimi təqdim edilməlidir.
Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30
Telefon: (+994 12) 492 60 83


Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər