“Quaydo prezident seçkilərində iştirak etməlidir” - Putin

“Quaydo prezident seçkilərində iştirak etməlidir” - Putin Rusiya prezidenti Vladimir Putin “G20” sammitindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Putin Venesuelada baş verən hadisələrdə Rusiyanın heç bir rolunun olmadığını vurğulayıb. O deyib ki, Rusiya heç vaxt keçmiş prezident Uqo Çaveslə işləməyib, yalnız ölkə ilə əlaqəsi olub.
Putin əlavə edib ki, Rusiya hökuməti neft sənayesinə sərmayə qoyub və beləcə ritmik fəaliyyətə başlayıb. Bunda isə pis heç nə yoxdur.
"Digər dövlətlər meydana çıxıb özünü ölkə prezidenti elan edən birini tanımayacaq. Quaydo prezident seçkilərində iştirak etməlidir", - deyə Putin bildirib.
Xatırladaq ki, aprelin 30-dan Venesuelada müxalifət lideri Xuan Quaydonun rəhbərliyi ilə etiraz aksiyaları keçirilib. Müxalifət dövlət çevrilişinə cəhd etsə də, prezident Nikolas Maduro qələbəsini elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər