BANM-in məzunu Elmir Əbilov: Arzum bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir

BANM-in məzunu Elmir Əbilov: Arzum bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir Ali məktəbi uğurla bitirirəm, fərqlənmə diplomuna layiq görülmüşəm. Ona görə ürəyim sonsuz sevinc və fərəh hissi ilə döyünür. Nailiyyətlərimi daha da yüksəltmək niyyətindəyəm.
Elmir Əbilov 2014-cü ildə Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirib. Həmin il BANM-ə 695 balla qəbul olunub, Prezident təqaüdünə layiq görülüb.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan məzun deyir ki, Səudiyyə Ərəbistanının Kral Abdulla adına Elm və Texnologiya Universitetinin təhsil təqaüdünü qazanıb və magistratura təhsilini orada davam etdirəcək.
Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı göstərildiyini deyən Elmir Əbilov qeyd edib ki, arzusu bacarıqlı mütəxəssis olmaq, doğma Vətənə ləyaqətlə xidmət etməkdir.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər