BANM 700 bal toplamış tələbələrin sayına görə respublikada liderdir

BANM 700 bal toplamış tələbələrin sayına görə respublikada liderdir 2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə Respublika birincisi oldu. Onlardan biri də ali məktəblərə qəbul imtahanlarından maximal bal toplamış tələbələrin sayına görə liderlikdir.
700 bal toplamış bu ilki abituriyentlərin seçdikləri Ali Məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən Respublika üzrə 700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olmuşdur. Onlardan 5 nəfər “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi”, iki nəfər isə “Kimya Mühəndisliyi” ixtisasını seçib. Həmin tələbələrin siyahısını sizə təqdim edirk:
Əsədzadə Mahirə Məhəbbət qızı
Əliyeva Xalidə Vüqar qızı
Əhmədov Elmir Rövşən oğlu
Cəbrayılov Vahab Fuad oğlu
Əsgərzadə Abdulla Sahib oğlu
Məmmədova Jalə Müşviq qızı
Əliyev Qabil Elçin oğlu
Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-in rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərərk onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğuladı, tələbələrlə yaxından tanış oldu və onların gələcək planlarını böyük maraqla dinlədi. Görüş zamanı Ali məktəbin rektoru tələbələrə öz tövsiyyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırdı.

BANM-nin Mətbuat xidməti

Oxşar xəbərlər