Azərbaycanlı alim beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

Azərbaycanlı alim beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev bu il iyunun 29-30-da “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda keçiriləcək beynəlxalq konfransın (ICTACSE-2018) elmi komitəsinin üzvü seçilib.
İstanbulda təşkil olunacaq konfransda bioinformatika, “Data Mining”, distant təhsil, e-dövlət, e-tibb, qeyri-səlis məntiq, informasiya təhlükəsizliyi və risklərin idarə olunması, informasiya texnologiyaları üzrə layihələrin idarə olunması, “ağıllı” sensor şəbəkələri, proqram mühəndisliyi, obrazların tanınması və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər