
Kitabın baş elmi məsləhətçisi və ön sözün müəllifi bu elm müəssisəsinin direktoru, akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyevdir.
Nəşrdə XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, “gümüş dövr”ün məşhur şairi Anna Axmatova və onun müxtəlif çalarlara malik zəngin yaradıcılıq yolu haqqında məlumat verilir.
Eyni zamanda, A.Axmatovanın əsərlərində qədim ənənələrə malik Şərq ədəbiyyatının təsiri, onun bu tükənməz söz xəzinəsindən bəhrələnməsi, Asiya və Afrika xalqlarının poeziya nümunələrindən etdiyi tərcümələr, müasir Şərq şairlərinin yaradıcılığına təsiri və bu kimi yeni məsələlər araşdırılır.
Tehsil-press.az