Azərbaycanlı şagird İsraildə keçirilən Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazanıb
İyulun 7-14-də İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Azərbaycanlı məktəblilərin də iştirak etdiyi olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb. Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.