Beynəlxalq olimpiadadan növbəti uğur

Beynəlxalq olimpiadadan növbəti uğur Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO) Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb.
28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadada beş nəfərdən ibarət komanda ilə təmsil olunan məktəblilərimiz uğurla çıxış ediblər.
Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanı əhatə edən suallar təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər