
Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Seminarda çıxış edən professor Hamlet İsaxanlı Özbəkistan və Azərbaycan arasında tarixi və elmi-mədəni əlaqələrdən danışıb. Professor ölkələr arasında turizmin inkişafı üçün kadr hazırlığının, bu sahədə birgə layihələr reallaşdırılmasının, müəllim və tələbə mübadiləsinin vacibliyini qeyd edib.
Sonra qonaqlar üçün Səmərqəndin tarixi və turizm obyektlərinə tur təşkil olunub.


Mətbuat Xidməti