
Rektor Hasan Ali Karasar Türkiyənin tarixi bölgəsi olan Kapadokya və universitet haqqında məlumat verib. O, qonaqları universitetin laboratoriyaları, muzey içində yerləşən sinifləri və kitabxanası ilə tanış edib. H.Karasar Kapadokya Universiteti adından M.Ə.Rəsulzadənin 1930-cu ildə Parisdə rus dilində çap olunmuş “Panturanizm” haqqında kitabını H.İsaxanlıya təqdim edib.
H.İsaxanlı səmimi qəbul üçün Kapadokya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib və Xəzər Universiteti haqqında məlumat verib.
Sonra hər iki universitet arasında rəsmi müqavilə imzalanıb.
Mətbuat Xidməti