“Xəzər” də bayram şənliyi

“Xəzər” də bayram şənliyi 2018-ci il martın 7-də Xəzər Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və qonaqlar iştirak edirdilər.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova, şərqşünas alim Fərda Əsədov və digərləri çıxış edərək, universitetin qadın əməkdaşlarını bayram münasibətilə təbrik etdilər, onlara əmək və ailə həyatında uğurlar arzuladılar.
İştirakçılara universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.

Hüseyn Şərifov

Oxşar xəbərlər