Siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu

Siam əkizlər Britaniyada 50 saat əməliyyat olundu Böyük Britaniya cərrahları siam əkizləri üzərində uğurlu əməliyyat aparıblar.
Əməliyyat çoxmərhələli şəkildə keçirilib və ümumilikdə 50 saat davam edib.
Əməliyyatda tibbin müxtəlif sahələrindən 100-ə yaxın mütəxəssis iştirak edib.
Əməliyyat olunanlar isə Pakistanın Çarsad şəhərindən olan 2 yaşlı Səfa və Mərva bacılarıdır. Onların başları bir-birinə bitişik olub.
Bacıların üzərində ilk əməliyyat ötən ilin sonundan başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər