Azərbaycanlı müğənni mahnı oxuya-oxuya əməliyyat olundu - Video

Azərbaycanlı müğənni mahnı oxuya-oxuya əməliyyat olundu - Video Müğənni Vüqar Muradov bu gün paytaxt klinikalarının birində əməliyyat olunub.
İfaçı İnstaqram hesabında əməliyyat prosesindən video paylaşaraq artıq çəkilərdən azad olunduğunu bildirib.
“Musiqili meyxana var, amma musiqili əməliyyat yəqin ki, nə eşitmisiz, nə də görmüsüz. Həkimim əməliyyat edir və mən oxuyuram. Birlikdə oxuduq, maraqlı söhbətlər edə-edə əməliyyat olundum. Əməliyyat necə gəlib-keçdi xəbərim olmadı. Uzanılı vəziyyətdə oxumaq olduqca çətindir. Amma əməliyyatım o qədər uğurlu keçdi ki, oxumaq gözümə görünmədi. Çox xoşbəxtəm. 35 ildir qarın və yanlarda yığılan qatı piyləri Mübariz həkim liposakşn əməliyyatı ilə aradan qaldırdı”, - deyə sənətçi qeyd edib.



Tehsil-press.az

Oxşar xəbərlər