Moskvadan gətirilən 17 qızılgül sortu Mərkəzi Nəbatat Bağına introduksiya olunacaq

Moskvadan gətirilən 17 qızılgül sortu Mərkəzi Nəbatat Bağına introduksiya olunacaq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının elmi işçisi Ofeliya Qafarova Moskvada təşkil olunmuş “Botanika bağlarında az yayılmış dekorativ bitkilər” adlı beynəlxalq konfransda iştirak edib.
Tədbir Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika Bağı və Tver Dövlət Universitetinin Botanika Bağının birgə təşkilatçılığı ilə keçirilib. Konfransda gənc alim O.Qafarova “Abşeronun yaşıllaşdırılması üçün istifadə olunan Mərkəzi Nəbatat Bağının seleksiyasından olan yeni dekorativ qızılgül sortları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və mövzu ətrafında müzakirələr aparılıb.
Səfər müddətində O.Qafarova Moskva Baş Botanika Bağında dekorativ çiçək bitkiləri ekspozisiyaları ilə tanış olub. Bağın kolleksiyası fondundan gətirilən 17 qızılgül sortu Mərkəzi Nəbatat Bağına introduksiya olunacaq.

Təhsil-press.az

Oxşar xəbərlər