
Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, dosent Məryəm Seyidbəyli ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüş zamanı rusiyalı alimə Elm Tarixi İnstitutunun əldə etdiyi nailiyyətlər və aparılan tədqiqat işləri barədə məlumat verilib. Görüşdə, həmçinin Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivlərindən, ölkəmizin regionda strateji rolundan və həyata keçirilən proqramlardan danışılıb.
Nadejda Aşeulova Elm Tarixi İnstitutu ilə birgə layihələrin və elmi araşdırmaların davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
AMEA-nın Mətbuat Xidməti