ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub

ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub Anormal isti hava ABŞ-ın müxtəlif ştatlarında ən azı altı nəfərin ölümünə səbəb olub.
4 nəfər Merilenddə, bir nəfər Arizonada, daha bir nəfər də Arkanzas ştatında dünyasını dəyişib.
Bundan əlavə, isti hava şəraiti ABŞ-ın orta qərbində və şərq sahillərində 200 milyona qədər insana təsir edə bilər.
Bu bölgələrdə həftə sonu temperaturu 32 dərəcədən yuxarı qalxaraq, 37-45 dərəcə kimi hiss edilə bilər.
Daha əvvəl FEMA Federal Təcili Yardım Agentliyi xəbərdarlıq edib ki, ABŞ sakinlərinin təxminən yarısı anormal isti hava şəraitinin yayıldığı ərazisindədir.

Tehsil-press.az

Oxşar xəbərlər