Hava sabah da qeyri-stabil olacaq

Hava sabah da qeyri-stabil olacaq Aprelin 23-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı açıqlama yayılıb.

Tehsil-press.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 8-10, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

tehsil-press.az

Oxşar xəbərlər