
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi ərazilərində yağışın sulu qara çevrilmə ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək
Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-10, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacağı gözlənilir.
Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam əsasən yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Temperatur gecə 3 şaxtadan 2-dək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Dağlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Tehsil-press.az