Türkiyədən ABŞ-a SƏRT İSMARIC: "Ya bunu edərsən, ya da ordumuz..."

Türkiyədən ABŞ-a SƏRT İSMARIC: ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Ceffri ABŞ ilə Türkiyə arasında yaradılan Suriya İşçi Qrupu çərçivəsində Ankarada səfərdədir.
ABŞ heyəti Xarici işlər nazirinin birinci müavini Sədat Önalın rəhbərlik etdiyi heyətlə 3 saat müzakirə aparıb. Daha sonra Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə toplantıya qatılıb.
Toplantı çərçivəsində türk heyəti Ceffrinin qarşısına iki seçim qoyub: ya Türkiyə ilə sərhəddə, türk ordusunun nəzarətində təhlükəsiz bölgə yaradılacaq, ya da TSQ PKK terror təşkilatına qarşı hərbi əməliyyatlara başlayacaq.
Xarici İşlər Nazirliyindən görüşlərlə bağlı verilən açıqlamada ABŞ-a Fərat çayının şərqində təhlükəsiz bölgə təsis edilməsi, PKK/YPG terror təşkilatının bölgədən çıxarılması, Bölgədəki mövqelərinin məhvi, ağır silahların toplanması, köçkün edilən suriyalıların evlərinə geri qayıtması üçün lazımi şərtlərin təmin edilməsi, Türkiyənin mübarizəsinin kürd, ərəb və digər etnik qruplarla deyil, İŞİD və PKK-ya qarşı istiqamətlənməsi ifadə edilib.

Zümrüd

Oxşar xəbərlər