_(1).jpg)
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Nazir qeyd edib ki, Birləşmiş Ştatlar PYD və YPG-nin Türkiyənin təhlükəsizliyinə real təhdid daşıyan PKK-nın Suriya qanadı olan terror təşkilatları olduğunu anlamalıdır:
"PKK ABŞ-da olduğu kimi, Avropa İttifaqı ölkələrində də terror təşkilatı kimi tanınıb. Birləşmiş Ştatlar bunu nəzərə almalıdır".
Xatırladaq ki, bundan əvvəl sabiq Baş nazir Binəli Yıldırım Türkiyə və ABŞ-ın PYD və YPG bölmələrinin 90 gün ərzində Suriyanın Mənbic şəhərindən çıxmasını nəzərdə tutan saziş imzaladığını bildirmişdi.
Tehsil-press.az