Narkotik istifadəçilərinin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq

Narkotik istifadəçilərinin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq Ölkəmizdə narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılacaq.
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2019–2023-cü illərdə narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatların aparılmasını təmin etməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər